RU

Abxaziya “prezident”i istefa verdi - Foto

Abxaziya “prezident”i Aslan Bjaniya istefa verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətinin bəyanatında deyilir.

Danışıqlardan sonra “iqtidar” və “müxalifət” nümayəndələri saziş imzalayıblar, ona görə də Bjaniya istefa ərizəsini təqdim edib. 

Razılaşmalara görə, hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Bu şərt yerinə yetirilməsə, Bjaniya ərizəsini geri götürəcək.

Vitse-prezident Badra Qunba “prezident” səlahiyyətlərini icra edəcək. 

Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Kütləvi etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini, eləcə də “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.


Избранный
47
27
qafqazinfo.az

10Источники