RU

Çinə qarşı Rusiya-ABŞ ittifaqı: Ukrayna qurban verilə bilərmi? ŞƏRH

EDnews xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Çinə qarşı birləşib, Ukraynanı qurban verməsi ehtimalını şərh edərkən deyib.

Əlimusa İbrahimovun fikrincə, Rusiyanın düşdüyü vəziyyət onun istənilən ölkə ilə müttəfiqliyinə münbit şərait yaradır. 

"Yəni bu gün Kreml müharibənin öz istədiyi şərtlər altında bitməsi üçün istənilən dövlətlə danışıqlara getməyə hazır kimi görünür. Çünki müharibənin uzanması Kreml üçün yaxşı heç nə vəd etmir. Qərb və ABŞ isə Ukraynanı qurban versələr də belə, itirdikləri heç də qlobal ölçüdə olmayacaq".

Ekspertə görə Rusiyanın müharibədə məğlub olması isə onun dünyanın aparıcı dövlətləri xəritəsindən silinməsilə nəticələnəcək: 
"Məhz, bu arqumentlərə görə Rusiya müharibəni bitirmək istəyir. Amma bu sonluq onun məğlub olması deyil, ən azından işğal etdiyi Ukrayna torpaqlarını əlində saxlamaq hesabına baş verməlidir".

Избранный
28
50
ednews.net

10Источники