RU

Suriyada müvəqqəti hökumət quruldu

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir deyib.

 

Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.

 

“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir vurğulayıb.

 

O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

 

Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini də bildirib.

Избранный
38
4
senzor.az

10Источники