Rusiya və Türkiyənin birgə inkişaf etdirmək istədiyi enerji mərkəzi üçün Trakya seçilib. 2024-cü ildə tamamlanması planlaşdırılan mərkəzlə Türkiyə təbii qazda mərkəz ölkəyə çevriləcək.Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trakya bölgəsində qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə Türkiyə, Avropanın ən böyük qaz tədarükçüsü və istehsalçı ölkələrin enerji ixracatını artıran mərkəz ölkə olmağa hazırlaşır. Trakyada yeri müəyyənləşdirmə işləri davam edərkən, mərkəzin 2024-cü ildə qurulması hədəflənir. Türkiyənin ərazisində 7 ayrı təbii qaz xətti, üzən LNG Saxlama və Qazlaşdırma Qurğuları (FSRU), təbii qaz anbarları və qaz mübadiləsi mövcuddur və qaz mərkəzi üçün infrastruktur hazırdır.Türkiyə-Rusiya Qarışıq İqtisadi Komissiyasının (KEK) 18-ci Dövr Toplantısı çərçivəsində Türkiyədə təmaslar keçirən Rusiya Baş nazirinin müavini Aleksandr Novak enerji naziri Alparslan Bayraktar ilə də görüşüb.Novak təmasları ilə bağlı açıqlamasında qaz mərkəzi ilə bağlı Rusiya və Türkiyə şirkətləri arasında sıx əməkdaşlıq olduğunu, Türkiyə nümayəndə heyətinin Sankt-Peterburqda olduğunu bildirib. O, Sankt-Peterburqa səfər etməyi planlaşdırdığını və yaxın vaxtlarda layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunacağını bildirib. “Qazprom ilə Botaş şirkəti arasında qaz mərkəzi ilə bağlı sıx qarşılıqlı əlaqə var. Hazırda yol xəritəsi üzərində razılıq əldə edilir. Türk nümayəndə heyəti inkişafları öyrənmək üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır”, – deyə o əlavə edib.Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bu ayın əvvəlində Sankt-Peterburqda olub. O, Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxışında Rusiyanın enerji şirkəti “Qazprom” ilə Türkiyədə təbii qaz mərkəzinin yaradılması ilə bağlı danışıqların davam etdiyini bildirib. “Biz elektron ticarət platformasının yaradılması ilə bağlı “Qazprom” və bu layihədəki tərəfdaşlarımızla xüsusi məsləhətləşmələr aparırıq. İnanıram ki, bu, çox da uzun çəkməyəcək. Ümid edirəm ki, biz bu ticarət platformasını təxminən bir ildən sonra yaradacayıq”, – deyə nazir qeyd edib.“Sabah” qəzetinin xəbərinə görə, ərazisindən keçən 7 ayrı təbii qaz xətti olan Türkiyənin qaz təchizatı və nəqli üçün aşağıdakı xətləri var:RUSİYA – TÜRKİYƏ TƏBİİ QAZ KƏMƏRİ (QƏRB XƏTTİ): Bolqarıstan sərhədindəki Malkoçlardan daxil olan və İstanbuldan keçərək Ankaraya çatan Rusiya-Türkiyə Təbii Qaz Kəmərinin uzunluğu 845 kilometrdir. Xəttin ötürmə qabiliyyəti 14 milyard kubmetrdir.MAVİ AXIM TƏBİİ QAZ KƏMƏRİ: Bu xətdə təbii qaz Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə çatır. Müqaviləyə əsasən, bu xətt vasitəsilə Türkiyəyə ildə 16 milyard kubmetr təbii qaz göndərilir.ŞƏRQİ ANADOLU ƏSAS İXRAC KƏMƏRİ (İRAN – TÜRKİYƏ): İran təbii qazının Türkiyəyə nəqli üçün istifadəyə verilən xətt Doğubəyazıtdan başlayaraq Ərzurum, Sivas və Kayseri üzərindən Ankaraya qədər uzanır.BAKI-TİFLİS-ƏRZURUM TƏBİİ QAZ KƏMƏRİ (BTE): Azərbaycanın Cənubi Xəzər dənizində yerləşən “Şahdəniz” yatağında hasil edilən təbii qaz Türkiyəyə çatdırılır. Əslində, qaz axını 2007-ci ildən davam edir.TÜRKİYƏ-YUNAN TƏBİİ QAZ KƏMƏRİ (TYE): Avropa İttifaqının INOGATE (Avropaya Dövlətlərarası Neft və Qaz Nəqliyyatı) Proqramı çərçivəsində inkişaf etdirilən Cənubi Avropa Qaz Halqasının birinci mərhələsi olan xətt İpsala sərhəd məntəqəsində Yunanıstana daxil olur və Gümülcinədə bitir.TRANS-ANADOLU TƏBİİ QAZ KƏMƏRİ (TANAP): Azərbaycan qazının Türkiyə üzərindən Avropaya tranzit nəqlini təmin edir. TANAP-dan verilən təbii qaz axınının həcmi Trans-Adriatik Boru Kəməri (TAP) daxil olmaqla 29,7 milyard kubmetrə çatıb.TÜRKAKIM: Xətt Rusiyadan Qara dənizdən keçərək Türkiyənin Qara dəniz sahilindəki qəbul terminalına, daha sonra Türkiyə ərazisindən keçərək Türkiyənin qonşu dövlətlərlə sərhədlərinə qədər uzanır.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта