RU

Saxta xəbərlərin qarşısı necə alınmalıdır? – Media ekspertindən AÇIQLAMA

Media savadlılığı nədir və bu anlayış necə qəbul edilməlidir? Media savadlılığı, ümumilikdə, geniş yayılmış media məhsullarına tənqidi yanaşma kimi başa düşülür. Media məhsullarının istehsalında istifadə edilən metodlar, texnologiyalar və subyektlərin, eləcə də verilən ismarıcların təhlili və bu təhlildə fərdi xüsusiyyətlərin rolunu anlamaq da bu anlayışa daxildir.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən  Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki,  informasiya texnologiyalarının sürətli inkişafı yaşadığımız dövrdə  informasiya istehsalını və yayımını sürətləndirir:

Müşfiq Ələsgərli,

“İndi hər bir insan ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Amma gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir.

media

Bu cür xəbər bolluğunda düzgün olanı seçmək,  informasiya  etibarlılığını  müəyyənləşdirmək üçün insanların  müəyyən bacarıqlara malik olması vacibdir. İnsanlar özləri doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı  ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin  hamısı “media savadlılığı” proqramında ifadə olunur.

media

2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının  Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür.  Qanunun tələbinə uyğun olaraq, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində işlər həyata keçirirlər. Bu sahədə ən sistemli proqramlar Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanaraq icra olunur. Agentlik  media savadlılığının artırılması yönündə işlərin səmərəliliyini təmin etmək üçün 2023-cü ildə “Medialiteracy.media.gov.az” portalını  yaradaraq istifadəyə verib. Bu portal media savadlılığı istiqaməintdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Agentlik, həmçinin, çoxsaylı konfranslar, seminarlar və təlimlər təşkil edib. Bu günlərdə “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edilib. Fikrimcə, bu cür proqramların  və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
3
2
konkret.az

8Источники