RU

Lavrov sanksiyalar altında olsa da, onun üçün istisnalar var

Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Makedoniyaya səfəri Avropa İttifaqının (Aİ) sanksiyalarını pozmayacaq.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanan brifinqdə Avropa İttifaqının Xarici Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

Xatırladaq ki, 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Stano deyib: “Əgər ölkələr Rusiya təyyarəsinin Avropa İttifaqı ərazisi üzərində uçmasına icazə versə və ya Şimali Makedoniya hakimiyyəti Lavrovun şəxsi iştirakına icazə versə, bunun əleyhinə olmayacağıq. Bu, sanksiyaların pozulması olmayacaq”.

Stano qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri sanksiyalar altındadır, lakin BMT və ya ATƏT kimi çoxtərəfli platformaların işində iştirak üçün istisnalar edilir.

Bundan əvvəl Şimali Makedoniyanın Rusiyadan gələn təyyarələrin öz ərazisi üzərindən uçuşlarına qadağasını qısa müddətə aradan qaldıracağı bildirilirdi. Qərar Sergey Lavrovun dəvəti qəbul edəcəyi və ATƏT Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək qərarına gəldiyi halda qəbul edilib.

ELÇİN
Избранный
639
44
reyting.az

10Источники