"ExpressBank" ASC, Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (KOB kreditləri) vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- KOB müştərilərin Banka cəlbinin və məhsul satışının həyata keçirilməsi;
- Potensial müştərilərlə aparılan görüşlərin və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeydinin aparılması;
- Biznes məhsullar üzrə sifarişlərin qəbul edilməsi, müvafiq sənədləri toplanması;
- Müvafiq limit çərçivəsində sifarişlərin təhlil edilməsi;
- Müştərilərin öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Mövcud müştəri portfelinə gündəlik nəzarət;
- Aylıq satış planlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 6 ay iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, rus/ingilis dili bilməsi arzuolunandır;
- Ünsiyyət qurma və komandada işləmək bacarıqları.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az