RU

"Saxta xəbərlərlə mübarizədə jurnalist peşəkarlığı və oxucu məsuliyyəti olmalıdır" —Fadil Paşayev

"Müasir dövrümüzdə media və jurnalistika cəmiyyətin həyatında əvəzsiz bir yer tutur. Hər gün üzləşdiyimiz müxtəlif məlumat mənbələri, xəbərlər və sosial media paylaşımları gündəlik həyatımıza təsir edir, bəzən isə fikirlərimizi formalaşdırır. Buna görə də medianın rolu yalnız informasiya ötürmək deyil, həm də düzgün və dəqiq məlumatların təqdim edilməsidir. Bu baxımdan jurnalistikada peşəkar yanaşma, media savadlılığının artırılması və dezinformasiyanın qarşısının alınması bu günün aktual məsələləridir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Konkret.az saytının baş redaktoru Fadil Paşayev deyib.

"Media sahəsində çalışan hər bir jurnalistin əsas vəzifəsi doğru məlumatı toplayıb, onu cəmiyyətə düzgün şəkildə çatdırmaqdır. Jurnalistlər təqdim etdikləri hər bir məlumatın doğruluğunu təhlil etməli, onun etibarlı mənbələrdən qaynaqlandığına əmin olmalıdırlar. Xüsusilə internet resurslarının çoxaldığı və dezinformasiyaların geniş yayıldığı bir dövrdə bu məsələyə daha ciddi yanaşılmalıdır. Xəbərin doğruluğunun yoxlanılması təkcə jurnalistin etik və peşə məsuliyyəti deyil, həm də cəmiyyətin dəqiq məlumatla təmin edilməsi baxımından çox önəmlidir. Yəni jurnalist məqalə hazırlamazdan əvvəl qarşısına çıxan hər bir mənbəni yoxlamalı və onun etibarlılığını təhlil etməlidir. Bu prosesdə təkcə mənbənin etibarlılığı yoxlanmır, həm də təqdim olunan məlumatın hərtərəfli təhlili, onun düzgün təqdimatı da önəmlidir. Digər tərəfdən, jurnalistlər yalnız xəbəri çatdırmamalıdırlar, həm də ona tənqidi yanaşmalıdırlar. Tənqidi yanaşma məlumatın obyektiv və balanslı təqdim olunmasını təmin edir, səhv və ya manipulyasiya olunmuş məlumatların yayılmasının qarşısını alır.Media savadlılığı məlumatın düzgün anlaşılması və təhlil edilməsi bacarığıdır. Bu, yalnız jurnalistlər üçün deyil, həm də cəmiyyət üçün vacibdir. İnformasiya bolluğunda yaşadığımız bir dövrdə hər kəs hansı məlumatın doğru, hansının isə yalan olduğunu ayırd etməyi bacarmalıdır. Çünki məlumatın düzgün qiymətləndirilməsi yanlış xəbər yayımının qarşısını alır və cəmiyyətin düzgün məlumatlarla təmin edilməsinə kömək edir".

Onun sözlərinə görə, media savadlılığının artırılması insanlara məlumatları təhlil etməkdə, şübhəli mənbələrdən yayınmaqda dəstək olur:

"Bu, həm də sosial medianın təhrif olunmuş məlumatların yayılması ilə mübarizə aparmağa kömək edir və cəmiyyətdə mənfi tendensiyaların qarşısını alır.Bildiyimiz kimi, sosial media istənilən informasiyanın yayılması və müzakirə olunması üçün geniş bir platforma təqdim edir. Lakin burada yayılan məlumatların doğruluğu əksər hallarda şübhə doğurur. Məsələn, bəzi sosial media platformalarında siyasi və ya ideoloji məqsədlərlə yanlış məlumatlar yayıla bilər. Belə hallarda jurnalistlərin və media subyektlərinin əsas məqsədi yanlış məlumatların cəmiyyətə təsirini azaldaraq, həqiqətləri üzə çıxarmaqdır. Sosial mediadakı dezinformasiyalarla mübarizə aparmaq üçün peşəkar jurnalistlərin təcrübə və bilikləri çox vacibdir.Jurnalistlərin saxta xəbərlərlə mübarizə apararkən göstərdiyi peşəkarlıq onların vəzifə borcudur. Hər bir jurnalist təqdim etdiyi xəbərin ictimaiyyətə təsirini nəzərə almalı və məlumatı məsuliyyətlə çatdırmalıdır. Ümumən dezinformasiyanın yayılması ilə mübarizə yalnız media qurumlarının deyil, həm də hər bir vətəndaşın iştirakı ilə mümkün olan bir prosesdir. Bu səbəbdən media savadlılığının artırılması və jurnalistlərin peşəkar yanaşmalarının gücləndirilməsi çox vacibdir. Bu, həm də dövlətin informasiya siyasətinin mühüm tərkib hissəsidir".

Əfsanə Kamal
Demokrat.az
Избранный
33
41
demokrat.az

10Источники