RU

Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib

Diasporla İş üzrə Dövlət Komitəsi Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.

Day.Az xəbər verir ki, başsağlığında qeyd olunub:

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması, insanların faciəvi şəkildə dünyalarını dəyişməsi xəbəri biz xaricdə yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin baş vermiş hadisənin səbəblərini araşdıraraq müvafiq tədbirlər görəcəyinə əminliyimizi ifadə edirik.

Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətin günlərdən alnıaçıq çıxıb. Biz xaricdə yaşayan azərbaycanlılar belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduğumuzu bildiririk.

 

Uca Tanrı xalqımızı qorusun!"

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 
Избранный
3
50
day.az

10Источники