RU

Rumen Radev Aktau şəhəri yaxınlığında təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Day.Az-ın məlumatına görə, bu barədə Rumen Radev "X" sosial şəbəkəsində paylaşım edib.

"Bolqarıstan Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin itkisini dərin kədər hissi ilə qarşılayır. Bu faciəvi hadisədə həlak olanların ailələrinə səmimi başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını diləyirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Избранный
4
50
day.az

10Источники