İtaliya A seriyasının 18-ci turunda öz stadionunda "Roma" (1:1) ilə qarşılaşan "Milan"ın baş məşqçisi Paulu Fonseka üçün bu görüş sonuncu olub.
Fanat.Az xəbər verir ki, informasıyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Milan rəhbərliyi portuqaliyalı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Bundan əlavə, komandanın yeni baş məşqçisinin “Portu”nun sabiq çalışdırıcısı Serxio Konseysaonun olacağı da müəyyənləşib.
Maraqlıdır ki, Konseysao son üç həftə ərzində Avropa və Cənubi Amerikadan üç təklifi rədd edib, çünki "Milan"ın onu ciddi şəkildə nəzərdən keçirdiyini bilirdi. Hələlik müqavilənin təfərrüatları məlum deyil, lakin ehtimal olunur ki, 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Mirağa