Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.BUTA.TV xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi. Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.