II Liqada oynayan klublar I Liqa lisenziyası üçün müraciət edə biləcəklər.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilib.
Qurum 1-ci liqada oynamaqla bağlı yeni qaydanı açıqlayıb. Qeyd olunub ki, sentyabrın 21-də klubların lisenziya əldə etmək üçün yerinə yetirməli olduğu meyarlar, ümumi lisenziyalaşdırma sistemi və prosesin gedişatı haqqında məlumatlandırıcı görüş keçiriləcək.
Əlavə olaraq, görüşdə UEFA, Premyer Liqa və I liqa lisenziyalaşdırma qaydalarındakı yeniliklər müzakirə ediləcək.
Qeyd edək ki, görüşdə UEFA-nın Lisenziyalaşdırma departamentinin rəhbəri iştirak edəcək.