2023-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2 457 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Debit.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunların 87,7 %-i fiziki, 12,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.
Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 %-i elektron qaydada, 50 %-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
Oxundu: 147