Son 24 saat ərzində -iyunun 8-də Ukrayna Silahlı Qüvvələri işğalçı Putin ordusunun 1270 əsgərini zərərsizləşdirib.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, bu gün səhərə olan məlumata görə, 2022-ci il fevralın 24-dən bəri işğalçı Rusiyanın müharibədə itkiləri yarım milyondan çox - 518 min 560 nəfər təşkil edir. Bundan əlavə, Ukrayna müdafiəçiləri düşmənin çoxlu sayda texnikasını məhv ediblər:
tanklar - 7869 (+26);
zirehli döyüş maşınları - 15131 (+26);
artilleriya sistemləri - 13593 (+60);
YARS(Yaylım Atəşli Reaktiv Sistem) - 1097 (+2);
hava hücumundan müdafiə sistemləri - 836 (+2);
təyyarə - 357 (+0);
helikopterlər - 326 (+0);
əməliyyat-taktiki səviyyəli PUA-lar - 10982 (+37);
qanadlı raketlər - 2277 (+0);
gəmilər/qayıqlar - 28 (+0);
sualtı qayıqlar - 1 (+0);
avtomobil avadanlığı və yük maşınları - 18562 (+78);
xüsusi texnika - 2253 (+5).
(Qeyd: Mötərizədə “+”-la göstərilən rəqəmlər son bir sutkadakı itkiləri göstərir)
Bu cür itkilərə baxmayaraq, düşmən hücumlarını davam etdirir.