Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin şahidi oluruq. Buna görə də Azərbaycanda buna qarşı təqbirlər keçirilməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev bildirib.
“Elə ötən həftə bununla bağlı tədbir keçirilib. Bundan sonra beynəlxalq təşkilatlarda biz Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin haqlarını müdafiə etməliyik. Ən azı beynəlxalq təşkilatlarda Fransanın mövqeyini ciddi təhlil etməliyik. Məsələn, Fransanın BMT-də daimi üzv olmaq haqqı yoxdur. Beş daimi üzvlərdən olan Fransa bu gün Cənubi Qafqazada sülhə nail olmaqdan və töhfə verməkdənsə, daha da alovlandırır. Buna sübut isə dünən Fransa və Ermənistan arasında bağlanan hərbi əməkdaşlıqdır. Fransa Ermənitanı silahlandırmaqla sülhə mane olur”, - deputat vurğulayıb.