RU

“Urals” markalı neft oktyabrda 15%-dən çox bahalaşıb

Bu ilin sentyabr ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 83,52 ABŞ dolları təşkil edib, bu da ilin müvafiq dövrünün göstəricisi (70,62 dollar) ilə müqayisədə illik 15,4% çoxdur.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında “Urals” neftinin orta qiyməti 61,84 dollar təşkil edib, bu da illik müqayisədə 22,3% azalma deməkdir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-oktyabr aylarında “Urals” neftinin orta qiyməti 79,57 dollar səviyyəsində olub.

Избранный
505
25
apa.az

10Источники