AZ

ABŞ Rusiyanın 5 KİV-nə qarşı sanksiya tədbiq etdi

 ABŞ hakimiyyəti Rusiyanın "Rusiya bu gün" (Rossiya seqodnya) media qrupuna və ona məxsus olan, "RİA novosti, RT və Sputnikdə daxil olmaqla ,  5 kütləvi informasiya vasitəsinə qarşı sanksiya tədbiq edib.

 Birləşmiş Ştatların maliyyə nazirliyinin bununla bağlı verdiyi bəyənatda bildirilir: "Bu gün "Rossiya seqodnya" media qrupuna və bu qrupa daxil olan RİA Novosti, Rosiya Today, TV-Novosti, Ruptly və Sputnik şirkətlərinə qarşı tədbiq olunan  sanksiyalar hüquq mühafizə orqanlarının və ədliyyə nazirliyinin hərəkətlərini gücləndirmək məqsədi daşıyır".

  Təsdiq olunur ki, Vaşinqton, ABŞ-da keçiriləcək prezident seçkilərinə xaricdən müdaxilə etmək istəyənlər barədə  istənilən məlumatı verənlərə on milyon dollar mükafat verəcək. Amerikan hakimiyyəti həmçinin qeyd edir ki, sanksiya altına düşən KİV əməkdaşlarına qarşı viza məhdudiyyətləri qoyulacaq.

 ABŞ-ın maliyyə nazirliyi daha əvvəl, Vaşinqtonun fikirincə qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməyə cəhd edən on nəfər rusiyalı  fiziki şəxsə və iki Rusiya müəssisəninə qarşı  da sanksita tədbiq etmişdir. Sanksiya altına düşənlər araslnda Rosiya Today-ın baş redaktoru, erməni əsilli Marqarita Simonyan da var. Rusdan çox rusiyalı olmaq istəyən Marqo Simonyan onsuzda həmişə nələrinsə (kimlərinsə)  altlna düşməyə adət edib. 

  Rüstəm Hacıyev

Seçilən
167
41
adalet.az

10Mənbələr