AZ

ABŞ Marqoya qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar Rusiya hökuməti tərəfindən maliyyələşdirilən Russia Today (RT) beynəlxalq televiziya kanallarına və onun bir sıra yüksək vəzifəli əməkdaşlarına, o cümlədən RT-nin baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib.

Herbiand.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin çərşənbə günü, sentyabrın 4-də dərc olunmuş mesajına görə, cəzalar “Moskvanın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək cəhdlərinə” cavab olaraq tətbiq edilib.

Russia Today media qrupuna qarşı tətbiq edilən məhdudiyyətlər onun beş törəmə qurumuna da şamil edilir. Bunlara RT-dən başqa, RİA Novosti, TV-Novosti, Ruptly və Sputnik daxildir.

ABŞ Xəzinədarlığı həmçinin muxtar qeyri-kommersiya təşkilatı “Dialoq” və onun lideri Vladimir Tabaka da sanksiya tətbiq edib. Müstəqil rusdilli nəşrlərin 2023-cü ilin sentyabrında aşkar etdiyi kimi, “Dialoq” Ukraynadakı müharibə ilə bağlı yalan məlumatların yayılması üçün genişmiqyaslı kampaniyalara cavabdehdir.

RT və “Dialoq” əməkdaşlarından başqa, Kremlyönlü RaHDit haker qrupunun üç üzvünə qarşı sanksiyalar tətbiq edilib. Hər üçünün “indiki və ya keçmiş Rusiya kəşfiyyatçıları” olduğu bildirilir.

Seçilən
102
41
herbiand.az

10Mənbələr