AZ

ABŞ-nin “Rossiya Seqodnya” media qrupuna qarşı sanksiyalarına cavab tədbirləri hazırlanır- Zaxarova

 

“ABŞ-nin “Rossiya seqodnya” media qrupuna qarşı sanksiyalarına hazırda cavab tədbirləri üzərində iş aparılır”.Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”yə müsahibəsində deyib.Sentyabrın 4-də ABŞ “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti”, “RT”, “Sputnik” və “Ruptly”yə qarşı sanksiyalar tətbiq edib.Yeni sanksiyalar “Rossiya Seqodnya” media qrupunun və “RT”nin baş redaktoru Marqarita Simonyan və bu telekanalın bir sıra top-menecerlərinə şamil olunub.“Bu, nə gündəmdir?  Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı yenidən hekayə ortaya qoymaq mümkün olmayacaq, yeni faktlara ehtiyac var”,-deyə Zaxarova qeyd edib.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
41
missiya.az

10Mənbələr