AZ

ABŞ-ın sanksiyaları Simonyanı çıxılmaz vəziyyətə saldı: bu cür təzyiq edirlər

ABŞ sanksiyaları “Russia Today” (RT) telekanalının və “Rossiya Seqodnya” media qrupunun “ağzını bağlaya” bilməyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Marqarita Simonyan telekanala qoyulan məhdudiyyətləri şərh edərkən deyib.

O qeyd edib ki, ABŞ və Avropa İttifaqı ölkələrində RT əməkdaşlarına əngəllər törədilməyə başlayıb. O cümlədən telekanalın yayımı dayandırılıb, ödənişlər də qadağan edilib.

“Məsələn, Böyük Britaniyada əməkdaşlarımızdan birinə dedilər ki, o, bizim işçi olaraq qalmağa davam edərsə, sanksiyalar rejimini pozduğuna görə 7 il müddətinə həbs olunacaq. Qərara gəldilər ki, bu yolla susub oradan çıxacağıq. Biz susub heç yerə gedə bilmərik. Vətən bizə geri çəkilmək əmri verməyib”, - Simonyan bildirib.

Seçilən
129
41
publika.az

10Mənbələr