AZ

Trampın Ukrayna ilə bağlı məxfi planı var

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynada sülhə nail olmaq üçün məxfi planı olduğunu iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp bu barədə Lex Friedmanın “YouTube” kanalına verdiyi açıqlamada Ukraynada sülhə nail olmaq planının olduğunu, lakin detalları paylaşmayacağını bildirib.

Tramp “Ukrayna və Rusiyanı necə dayandırmaq barədə çox dəqiq planım var. Çinlə də bağlı müəyyən bir fikrim var" deyib. 

Tramp bu planın təfərrüatlarını açıqlamayacağını və paylaşacağı təqdirdə uğurun əldə olunmayacağını vurğulayıb. 

Xatırladaq ki, Tramp əvvəlki açıqlamalarında noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəlsə, Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saata həll edə biləcəyini demişdi. 

Əslində, Rusiya Prezidenti Vladimir Putin iyul ayında verdiyi açıqlamada Trampın şərhlərini “ciddi” qəbul etdiyini bildirib.

Putin “Cənab Trampın Ukraynadakı müharibəni dayandırmağa hazır olduğuna inanırıq və buna çox ciddi yanaşırıq” deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
10
cebheinfo.az

10Mənbələr