AZ

Tramp çıxışı ilə dünyanı təəccübləndirdi: Putindən qorxur?

Donald Trampın Kamala Harrislə debat zamanı Ukraynadakı münaqişəni dayandırmaq istəyi ilə bağlı dediyi sözlər onun Rusiya lideri Vladimir Putinin mövqeyinə qarşı çıxmaq istəmədiyini nümayiş etdirir.

Publika.az CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin sabiq müşaviri Oliviya Troy deyib.

“Bu, olduqca narahatedicidir və Trampın Putinə qarşı çıxmaq istəmədiyini göstərir. Əslində bu, həm də Birləşmiş Ştatlar və dünya üçün bir mesajdır”, - deyə keçmiş müşavir bildirib.

Qeyd edək ki, debatda çıxış edən Tramp deyib ki, o, Ukraynanın qələbəsini deyil, münaqişəni dayandırmaq və insanların həyatını xilas etmək istəyir. O, bir neçə gün ərzində hər iki tərəflə birbaşa danışıqlar yolu ilə buna nail olacağına söz verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
publika.az

10Mənbələr