AZ

Harris: “Tramp qalib gəlsə 24 saata Ukraynanı təslim edəcək”

Harris:

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp teledebat zamanı Ukraynadakı müharibəni də müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, respublikaçıların namizədi Donald Tramp müharibənin bitməsini istədiyini, demokrat Harris isə rəqibinin “seçkilərdə qalib gələndən sonra 24 saat ərzində Ukraynanı təslim edəcəyini” deyib.

Debat zamanı moderator hər iki prezidentliyə namizədə “Ukraynanın müharibədə qalib gəlməsini istəyirsinizmi”,- sualını verib.

“Mən istəyirəm ki, bu müharibə dayansın, istəyirəm ki, milyonlarla insanlar ölməsin. Biz Ukraynaya Avropadan çox pul vermişik. Baxırsınızsa, rəqəm böyükdür... Avropa ödəmir, biz ödəyirik. Baydenin sadəcə olaraq Avropadan 250 milyard, sonra isə 280 milyard tələb etməyə cəsarəti çatmır”, - deyə Tramp suala cavabında bildirib.

Üstəlik, respublikaçı namizəd həm Ukrayna prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətləri olduğunu vurğulayıb.

Demokratların namizədi Kamala Harris isə deyib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etməkdən imtina etsəydi, Putin “artıq Kiyevdə oturacaqdı”. Harris rəqibi olan Trampın seçkidə qələbəsindən sonra 24 saat ərzində “Ukraynanı təslim edəcəyini” deyib.

“O, seçkilərdə qalib gəldikdən sonra 24 saat ərzində Ukraynanı təslim edəcək, əgər bizim köməyimiz olmasaydı, Putin artıq Kiyevdə oturacaqdı, çünki əks halda Putinin qoşunları Polşada olacaq”, - Harris qeyd edib.

Bundan əlavə, Harris açıq şəkildə bildirib ki, Ukrayna müharibədə qalib gəlməlidir. O, ABŞ-nın köməyi, yəni hava hücumundan müdafiə sistemləri və Javelins sayəsində Ukraynanın özünü müdafiə edə biləcəyini vurğulayıb.

Harris Trampı Putinlə danışıqlar ideyasına görə qınayıb: “Sən düşünürsən ki, Putinlə danışıqlar apara bilərsən, amma o, naharda səni yeyəcək”.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
10
reyting.az

10Mənbələr