ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı yeni plan hazırlayıb.
Viral.az xəbər verir ki, bu barədə “Conversation” nəşri məlumat yayıb.
“Ağ Ev rəhbəri geridə miras qoymaq istəyir və Ukraynaya dəstəkdə irəliləyiş onun yadda qalacaq son qələbəsi ola bilər. O, ABŞ-ın Ukraynanı dəstəkləyəcəyi ilə bağlı sərt və açıq bəyanat vermək istəyir. Bunun təməli keçən həftə Ağ Evdə Bayden, Harris və Zelenski arasındakı yüksək səviyyəli görüşdə qoyulub.
Son Yazılar:
- Bayden Ukrayna ilə bağlı yeni plan HAZIRLADI
- Ermənistanda hərbi hissədə hərbçi GÜLLƏLƏNDİ
- İsrail Hizbullahın 150-yə yaxın obyektini VURDU
Beləliklə, Bayden Kiyevin Vaşinqton üçün əsas prioritet olaraq qaldığını göstərmək istəyir.
Bundan başqa, Bayden Ukraynaya hərbi yardımın ayrılması üzərində işləməyə davam edir”, – nəşr bildirib.