ABŞ Prezidenti Co Baydenin administrasiyası vəzifəsindən getməzdən əvvəl Ukrayna ilə bağlı yeni plan təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Conversation" məlumat yayıb.
Bildirilib ki, Bayden respublikaçı Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə Amerikanın Ukrayna ilə bağlı strategiyasına düzəlişlərdən qorxur. Qeyd olunur ki, ABŞ Prezidenti Ukrayna məsələsində “əldə edilmiş tərəqqi”ni saxlamaq və yeni planı son qələbəsi kimi təqdim etmək istəyir.
Nəşrin müəllifləri iddia edirlər ki, Bayden Ukraynaya dəstək barədə “güclü bəyanat” verəcək. Yeni planın təfərrüatları açıqlanmayıb.