AZ

Salome Zurabişvili Baş Prokurorluğun çağırışını rədd etdi

Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin mümkün saxtalaşdırılması işi ilə bağlı dindiriməyə çağırıldığı Baş Prokurorluğa getməyəcək.

“Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi öz işimi davam etdirəcəyəm və təbii ki, prokurorun yanına getmək fikrində deyiləm”, – deyə xanım Zurabişvili brifinqdə bildirib.

Baş Prokurorluqdan bildirildiyinə görə, Salome Zurabişvili seçkilərdə saxtakarlığa yol verdiyini iddia etdiyi üçün dindirilməyə çağırılıb və buna görə də müvafiq sübutlara malik olmalıdır.
Bir gün əvvəl, oktyabrın 29-da Gürcüstan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa seçki saxtakarlığı ilə bağlı araşdırma aparılmasını xahiş edib. QHT-lər təxminən 300.000 səsin saxtakarlığa görə ləğv edildiyini bildiriblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
114
50
editor.az

10Mənbələr