AZ

Zurabişvili əlində olan bütün məlumatları verməlidir - ABŞ

Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərində mümkün saxtakarlıqlarla bağlı əlində olan bütün məlumatları verməlidir.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller deyib ki, prezidentdən Gürcüstan hakimiyyətinin bu iş üzrə apardığı araşdırmaya münasibət bildirməsi xahiş olunub:

“Prezident öz adından danışa bilər, amma mənim başa düşdüyüm odur ki, o, qanun pozuntuları barədə məlumatı olduğunu bildirib, ona görə də ümid edirəm ki, bu məlumatı verə biləcək".

O əlavə edib ki, ABŞ Gürcüstanda parlament seçkilərində baş verdiyi iddia edilən pozuntuların araşdırılmasını zəruri hesab edir.

Seçilən
97
1
axar.az

10Mənbələr