Gürcüstan prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı Baş Prokurorluqda dindirmədə iştirak etməkdən imtina edib. SİA xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə danışıb.
Zurabişvili seçkilərin saxtalaşdırılması ilə bağlı görüntüləri bütün tərəflərin paylaşdığını və əlavə izaha ehtiyac olmadığını vurğulayıb.
“Görünür Baş Prokurorluq dəlilləri məndən gözləyir. Dəlilləri tapmaq təhqiqat orqanının öz vəzifəsidir. İstənilən normal ölkədə bu belə baş verir və mən təhqiqat orqanının seçkilərlə bağlı prezidentdən dəlil istəməsinə dair başqa nümunə bilmirəm. Mən prokurorluğa məsləhət görərdim ki, öz işlərini görməyə başlasınlar”, - Zurabişvili deyib.