AZ

Zurabişvili əlində olan bütün məlumatları verməlidir - ABŞ

Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərində mümkün saxtakarlıqlarla bağlı əlində olan bütün məlumatları verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller deyib ki, prezidentdən Gürcüstan hakimiyyətinin bu iş üzrə apardığı araşdırmaya münasibət bildirməsi xahiş olunub:

“Prezident öz adından danışa bilər, amma mənim başa düşdüyüm odur ki, o, qanun pozuntuları barədə məlumatı olduğunu bildirib, ona görə də ümid edirəm ki, bu məlumatı verə biləcək".

O əlavə edib ki, ABŞ Gürcüstanda parlament seçkilərində baş verdiyi iddia edilən pozuntuların araşdırılmasını zəruri hesab edir.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Zurabişvili nəticələri tanımaqdan imtina edib.

Seçilən
91
1
bakivaxti.az

10Mənbələr