AZ

BAYDEN TRAMPIN PREZİDENTLİYİNƏDƏK UKRAYNAYA 6 MİLYARD DOLLARLIQ HƏRBİ YARDIM EDƏCƏK

Trampın prezident seçilməsi ABŞ- ın Ukrayna siyasətini necə dəyişə bilər?

İndi bu sual təkcə Zelenskini deyil, həm də Putini ciddi düşündürür. Lakin ABŞ Prezidenti Cozef Baydenin administrasiyası seçilmiş prezident Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək Ukraynaya hərbi yardım üçün ayrılmış bütün qalan vəsaiti istifadə etməyi planlaşdırır. Tezadlar.az CNN- ə istinadla xatırladır ki, sentyabrın 30-da başa çatmış 2024-cü maliyyə ilinin sonunda ABŞ administrasiyasının sərəncamında Ukraynaya hərbi yardım göstərmək üçün 6 milyard dollardan çox vəsait qalıb. Hazırda Bayden administrasiyası ABŞ ordusunun anbarlarından silah tədarükü üçün 4,3 milyard dollar və Amerika müdafiə şirkətləri ilə müqavilələr üzrə silah alınması üçün əlavə 2,1 milyard dollar vəsaitə malikdir. Məlumat belədir ki, ayrılmış 6 milyard dollardan ödənilən bu silahların əvəzlənməsi uzun müddət çəkə bilər. Tramp seçki kampaniyası zamanı açıq şəkildə, seçkilərində qalib gələcəyi təqdirdə, Ukraynaya hərbi yardımı dayandıracağı və ya kəskin şəkildə azaldacağını elan etmiş, həmçinin Ukraynanın müharibədə qalib gəlməsini istədiyini bəyan etməkdən imtina etmişdi. 

Bəs bundan sonra müharibədə vəziyyət kimin xeyrinə dəyişə biləcək? Bu sual dünyanı da düşündürür. Çünki dünyada elə bir qaynar nöqtə yoxdur ki, ABŞ- ın orda iştirakçılığı və ya təsiri olmasın...

A.Məmmədli

Seçilən
16
50
tezadlar.az

10Mənbələr