AZ

Toralın qolu ƏN YAXŞI seçildi - VİDEO

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

Titul.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Budyo Qlimt”in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
861
16
titul.az

10Mənbələr