AZ

Toralın qolu ən yaxşı seçildi (VİDEO)

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.


 "Qafqazinfo” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Qarabağ”ın futbolçusu Toral Bayramovun "Budyo Qlimt”in qapısına vurduğu qol olub.


23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.


Namizədlər arasında Toralla yanaşı "Qalatasaray”dan Yunus Akgün, "Ayntraxt”dan Omar Marmuş və "Ludoqorets”dən Erik Markusun qolları da var idi.

 

 

 
 
 
Seçilən
3
16
qaynarinfo.az

10Mənbələr