UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
Bizim.Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun "Bodo Qlimt"in qapısına vurduğu qol olub.
23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb. Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta