AZ

Toral Bayramovun qolu AvroLiqanın ən yaxşısı seçilib

UEFA Avropa Liqasının Liqa mərhələsində 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
 
UEFA-nın məlumatına görə, 4-cü turun ən yaxşı qolunu "Qarabağ”ın futbolçusu Toral Bayramov Norveçdə yerli "Bodo Glimt" klubunun qapısına vurub. Onun uzaq məsafədən gözəl qolu yüksək qiymət alıb.
Həmin matçda "Qarabağ” 2:1 hesablı qələbə qazanıb. 

Ən yaxşı qol nominasiyasına namizədlər arasında Toralla yanaşı, "Qalatasaray”dan Yunus Akgün, "Ayntraxt”dan Omar Marmuş və "Ludoqorets”dən Erik Markusun qolları da var.

www.anews.az
Seçilən
3
4
anews.az

10Mənbələr