AZ

ABŞ-ın 2026-cı il üçün Ermənistan planı: Rusiya kəşfiyyatı açıqladı

ABŞ 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Qərbi dəstəkləyən partiyaların parlamentə daxil olması üçün onların siyasi təşviqatını gücləndirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“Qonşu Gürcüstan hökumətindən nümunə götürərək, bu “demokratiyanın barışmaz tərəfdarları”na erməni xalqının milli maraqları, adət-ənənələri və dəyərlərinə zidd olaraq, Ermənistan hakimiyyətinin “əlini kəsmək” tapşırığı verilib”, - məlumatda belə deyilir.

Qurum qeyd edib ki, ABŞ Dövlət Departamenti ilə əlaqəli təşkilatlara Ermənistanda əsas dövlət qurumlarının əməkdaşları üçün təlim proqramlarını genişləndirmək və İrəvanda Qərbin maraqlarını təmsil edən xarici müşavirlərin fəal iştirakını təmin etmək tapşırılıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
7
50
teleqraf.com

10Mənbələr