İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Agentliyin məlumatına görə, sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması və 159 iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib. Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında 1,9 milyon manatlıq məhsul istehsal edilmişdisə, cari ilin müvafiq dövründə 2,2 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal 15 faizə yaxın artıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.