AZ

Masallı Sənaye Məhəlləsinə investisiyalar artır

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi Masallı Sənaye Məhəlləsində 6,2 milyon manat investisiya kapitalı ilə 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Fins.az, Agentliyin məlumatına istinadən xəbər verir ki, sahibkarlar tərəfindən bu günə qədər 2,1 milyon manat investisiya yatırılıb və 70 yeni iş yeri yaradılıb.

Növbəti mərhələdə əlavə 4,1 milyon manat investisiya yatırılması və 159 yeni iş yerinin açılması planlaşdırılır.

Masallı Sənaye Məhəlləsində 14,2 milyon manatlıq məhsul istehsal edilib. 2023-cü ilin 9 ayı ərzində 1,9 milyon manatlıq məhsul istehsal edilmişdisə, bu ilin müvafiq dövründə bu rəqəm 2,2 milyon manata çatıb, istehsalda 15 faiz artım qeydə alınıb. İstehsal olunan məhsulların əsasən daxili bazara yönəldiyi bildirilib.

 

phrase_var_article.chosen
13
1
fins.az

10phrase_var_article.sources