Cənubi Koreya 11 fiziki və 15 hüquqi şəxsə Rusiya Federasiyası ilə KXDR arasında qanunsuz hərbi əməkdaşlıq və ya Pxenyanın nüvə raket proqramı ilə əlaqəli olduqlarına görə sanksiyalar tətbiq edir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilir ki, bu tədbir Qərb dövlətlərinin xarici işlər nazirlərinin Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığa dair birgə bəyanatı ilə əlaqədar həyata keçirilir. Dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ, Yaponiyanın xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Rusiya və KXDR-i sərt şəkildə qınayıblar. Sanksiya siyahısına Koreya Xalq Ordusunun generalları Kim Yonq Bok və Şin Geum Çol, həmçinin raket mühəndisi Li Sonq Cin və zabit Li Bonq Çun daxil edilib. Məhdudiyyətlər Verus, PARSEK, Timer Bank və digər təşkilatlara da şamil edilir. 13 təşkilat, 7 fiziki şəxslə Rusiya da siyahıdadır. Seul bildirir ki, siyahıya daxil olan şəxslər və şirkətlər KXDR-in nüvə raket proqramı ilə bağlı maliyyələşdirmə və ya materialların tədarükünə yardım edib.Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək. Bu şəxslərlə maliyyə və ya valyuta əməliyyatları aparmaq üçün Cənubi Koreyanın səlahiyyətli orqanlarından icazə tələb olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta