AZ

Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında “qanunsuz hərbi əməkdaşlıq” və ya Pxenyanın nüvə raket proqramı ilə əlaqədar 11 fiziki və 15 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edəcək. Vətəninfo.az  xəbər verir ki,  bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, bu tədbir Qərb ölkələrinin xarici işlər nazirlərinin Rusiya Federasiyası ilə Şimali Koreya arasında əməkdaşlığa həsr olunmuş birgə bəyanatına münasibətdə tətbiq edilir. Dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ, Yaponiya xarici işlər başçıları və Aİ-nin ali nümayəndəsi Rusiya və Şimali Koreyanı pisləyib. Bu ittihamlar Moskvada dəfələrlə rədd edilib.

Sanksiya siyahısında Koreya Xalq Ordusunun generalları, mühəndisləri və zabitləri yer alıb. Məhdudiyyətlər Verus, PARSEK, Timer Bank və digər təşkilatlara da şamil edilir. 13 təşkilat Rusiya, 7 fiziki şəxs qeyd olunub. Seul əmin edib ki, siyahıdakı şəxslər və şirkətlər Şimali Koreyanın nüvə raket proqramı ilə bağlı maliyyə və təchizatları dəstəkləyiblər.

Sanksiyalar dekabrın 19-da qüvvəyə minəcək.

Seçilən
5
1
veteninfo.az

6Mənbələr