AZ

Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

Cənubi

Cənubi Koreya Rusiya Federasiyası ilə KXDR arasında “qanunsuz hərbi əməkdaşlıq” və ya Pxenyanın nüvə raket proqramı ilə əlaqəli olduqlarına görə 11 fiziki və 15 hüquqi şəxsə sanksiyalar tətbiq edir.

Bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

O qeyd edir ki, bu tədbir Qərb dövlətlərinin xarici işlər nazirlərinin Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığa dair birgə bəyanatı ilə əlaqədar həyata keçirilir. Dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ, Yaponiyanın xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Rusiyanı “ən sərt şəkildə” qınayıblar.

Moskva Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib.

Cavid

Seçilən
2
1
xalqcebhesi.az

6Mənbələr