Rusiya ilə Şimali Koreya arasında “qeyri-qanuni hərbi əməkdaşlıq” və Pxenyanın nüvə raket proqramı ilə əlaqəsi olduğuna görə Cənubi Koreya 11 fiziki şəxs və 15 quruma sanksiya tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, bu tədbir Qərb ölkələrinin xarici işlər nazirlərinin Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığa həsr olunmuş birgə bəyanatı ilə əlaqədar həyata keçirilir.
Dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ, Yaponiyanın xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi sözügedən əməkdaşlığı “ən sərt şəkildə” bunu pisləyiblər. Rusiya Federasiyası və KXDR isə qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib.
Sanksiya siyahısına Koreya Xalq Ordusunun generalları Kim Yonq Bok, Sin Geum Çol, eləcə də raket mühəndisi Li Sonq Cin, zabit Li Bonq Çun daxildir. Məhdudiyyətlər Verus, PARSEK, Timer Bank və digərlərinə də aiddir.
Seul iddia edir ki, siyahıya daxil olan şəxslər və şirkətlər KXDR-in nüvə raket proqramı ilə bağlı maliyyələşdirmə və ya materialların tədarükünə yardım edib.Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək. Bu şəxslərlə maliyyə və ya valyuta əməliyyatları üçün Cənubi Koreya hakimiyyət orqanlarından icazə tələb olunur.
Firuzə Əliyeva