HƏMAS hərəkatı Qəzza zolağında saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
Bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.
Bildirilir ki, HƏMAS İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbusların da olacağını gözləyir.
"Cebheinfo.az"