Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə Fələstinin "Maan" agentliyi xəbər verib.
Məlumata əsasən, "HƏMAS" üzvləri təxminən 30 israilli girovu, bəziləri sağ olanları, eləcə də bir neçə meyiti təhvil verəcək.