HƏMAS hərəkatı Qəzza zolağındakı girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.
Məlumata görə, HƏMAS təxminən 30 israilli girovun bəzilərini diri, bəzilərinin isə meyitini təhvil verəcək.
Həmas həmçinin İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbusların olacağını gözləyir.