Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin "Maan" agentliyi xəbər verib.
Məlumata əsasən, "HƏMAS" üzvləri "təxminən 30 israilli girovu, bəziləri sağ olanları, eləcə də bir neçə meyiti təhvil verəcək". Eyni zamanda, "HƏMAS2 gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında “ömürlük həbs cəzası çəkən məhbuslar olacaq”.
Bundan əlavə, bildirilib ki, HƏMAS Misir sərhədindəki "Rəfah" keçid məntəqəsinin Fələstin hissəsinin Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsi ilə razılaşıb