Əfsanəvi argentinalı keçmiş qapıçı Uqo Orlando Qatti həmyerlisi, “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messini tənqid edib.
Arena.az “Mundo Deportivo” nəşrinin “La Nacion” dərgisinə istinadı əsasında məlumat verir ki, 80 yaşlı Qatti, Messinin MLS-də kəndistan futbolu oynadığı, “Leo”nun “Barselona”dakı uğurunun isə “blauqrana”nın görkəmli komandasının olması ilə bağlı olduğu qənaətindədir:
“Mən Messiyə münasibətdə qərəzlilik duymuram, amma o, sadə futbol oynayır. Onu hamının heyran olduğu “Barselona”da görmüşəm, heç kim ona “itələmirdi”. Amma orada onun üçün oynayan böyük komanda vardı.
Messi Argentina yığmasının 2026-cı il dünya çempionatına yollanacaq heyətinə qoşula bilər. Amma o zaman argentinalıların bir oyunçusu əskik olacaq. İndi hətta belədir… Lionel ABŞ-da kəndistan futbolu oynayır!”, deyə Qatti vurğulayıb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.