AZ

Tonqa sahillərində güclü zəlzələ olub

Bakı, 29 dekabr, AZƏRTAC

Tonqa Krallığı ərazisində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 22 min 400 nəfərin yaşadığı Nuku'alofa şəhərindən 291 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 550 km dərinliyində olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

 

 

Seçilən
59
30
azertag.az

10Mənbələr