AZ

Çində zəlzələ baş verib

Çinin İnçuan şəhərinin Yunnin rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "China Daily" nəşri ölkənin Seysmoloji Şəbəkələr Mərkəzinə istinadən məlumat verib.

Məlumata görə, yeraltı təkanlar Pekin vaxtı ilə saat 10:01-də (Bakı vaxtı ilə 06:01) qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat yoxdur.

Mənbə: oxu.az

Seçilən
64
30
oxu.az

10Mənbələr