Çilinin Antofaqasta bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə xəbəri Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 72 min əhalisi olan Mariya-Elena şəhərindən 4,9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı isə yerdən 104 km dərinlikdə yerləşib.
İlkin məlumatlrda zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Aysel